Azərbaycan futzalçıları böyük hesabla uduzdu

26.03.2025

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət milli komandası Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirib.

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, rəqib Bosniya və Herseqovina yığması olub.

Xorvatiyanın Omiş şəhərindəki Rıbnyak İdman Sarayında təşkil olunmuş qarşılaşma bosniyalıların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 10:2.

Azərbaycan millisi qrupda növbəti oyununu martın 27-də Xorvatiya yığmasına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

19:00. Bosniya və Herseqovina – Azərbaycan - 10:2 (7:1)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью