Azərbaycan futzalında ağır itki: Eyniyev dünyasını dəyişdi

25.12.2024

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Azərbaycan futzalına ağır itki baş verib. 

Fanat.Az-ın məlumatına görə, vaxtilə Azərbaycan çempionatında oynayan Nurəddin Eyniyev dünyasını dəyişib.

Onun ürək tutmasından vəfat etdiyi bildirilir. 

Qeyd edək ki, "Nuru" kimi tanınan mərhum Azərbaycanın istedadlı futzalçılarından olub. O, əfsanəvi futzalçılarımızdan olan Mahir Eyniyevin qardaşıdır.

Mərhumun yas mərasimi sabah Yeni Yasamalda yerləşən xeyr-şər evlərinin birində olacaq.

Allah rəhmət eləsin!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью