Azərbaycan gələn il Sosialiqtisadi inkişaf Strategiyası çərçivəsində bəzi xərclərini açıqlayıb

19.11.2024

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan gələn il 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində sosial yönümlü tədbirlərin maliyyələşdirilməsi üçün 893 milyon manat xərcləyəcək.

Missiya.Az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

"Strategiya çərçivəsində investisiya yönülü layihələr üçün isə 1,1 milyard manat xərclənəcək", - deyə o qeyd edib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью