Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib?

08.01.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, Azərbaycana aid ("Caspian Marine Services B.V.” şirkətinin) 3 gəmisi Eritreya sularına daxil olduğuna görə saxlanılıb.

Axar.az xəbər verir ki, politoloq Turab Rzayev bununla bağlı sensasion bəyanatla çıxış edib.

O iddia edib ki, 3 Azərbaycan gəmisi və onun heyətinin “əsir götürməsinin arxasından” İran-Eritreya səmimi münasibətləri çıxacaq.

Qeyd edək ki, Eritreya beynəlxalq platformalarda hər zaman İranın mövqeyini bölüşür.

Yeri gəlmişkən, Sahel ölkəsi olan Eritreyada Fransanın da təsiri qalmaqdadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью