Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan gənci Ələsgər Ömərov Azər oğlu yüksək akademik göstəriciləri və beynəlxalq imtahan nəticələri ilə bir sıra nüfuzlu xarici universitetlərdən qəbul alıb.
Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin məzunu Ələsgər Ömərov paralel olaraq Böyük Britaniyanın “LCPS Beynəlxalq Hazırlıq Proqramı” ( LCPS International Foundation Programme ) ında onlayn təhsil alaraq 93/100 nəticə ilə bitirərək sertifikatla təltif olunub.
Ali təhsil üçün bir neçə nüfuzlu xarici universitetdən qəbul alan Ələsgər Ömərov Macarıstanın Budapeşt Korvinus Universiteti (Corvinus University of Budapest) bakalavr səviyyəsində “Biznesdə Data elmləri” (Data Science in Business) ixtisası üzrə təhsil almağa qərar verib.
Bununla yanaşı, Ələsgər Ömərov aşağıdakı universitetlərdən də qəbul alıb:
* University of Glasgow – Robotics and Artificial Intelligence, Böyük Britaniya;
* Ocean University of China – Computer Science, Çin;
* University College Leuven-Limburg (UCLL) – Computer Science, Belçika;
* Riga Technical University – Computer Science, (Latviya)
Ələsgər Ömərovu bu əlamətdar uğur münasibətilə təbrik edir, ona gələcək təhsil və peşə fəaliyyəutində yeni nailiyyətlər arzulayırıq.