Azərbaycan Gəncləri Forumunun 30 illik yubileyi qeyd olunub

02.02.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xankəndi, 2 fevral, AZƏRTAC

Azərbaycan Gəncləri Forumunun 30 illik yubileyi münasibətilə qala-şam yeməyi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi qurumların nümayəndələri, fəal gənclər və bir sıra gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov forumun ötən 30 il ərzində keçdiyi inkişaf yolundan, əldə olunan nailiyyətlərdən bəhs edib.

Sonra qonaqlar üçün ziyafət təşkil olunub. Tədbir konsert proqramı ilə yekunlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью