Azərbaycan gənclərinin növbəti səhnə işi

04.12.2024

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ucalsın Gənclərin Səsi” adlı konsert proqramı reallaşdırılıb. SİA xəbər verir ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşlilatçılığı, Azərbaycan Milli Konservatoriyasının və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə baş tutub.

Məqsəd Azərbaycan xalqının musiqi mədəniyyətini gənclərin yaradıcı ifasında nümayiş etdirmək və onların cəmiyyətimizin musiqi sevərlərinin incəsənət ruhunu fəth edərək mədəniyyətə töhfə vermələridir.

Konsert proqramı çərçivəsində istedadlı gənclərin təqdimatında müxtəlif musiqi janrlarında xalq mahnıları, əsərlər, muğam və rəqslər nümayiş olunub.

Layihədə 40 ASAN könüllüsü, eləcə də Azərbaycan Milli Konservatoriyasının tələbələri iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью