Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ədalət Partiyasının sıralarında yer alan gənclər ədalət, şəffaflıq, sosial bərabərlik və milli maraqların qorunması kimi dəyərlər uğrunda fəal mübarizə aparır, cəmiyyətin hər sahəsində dəyişikliklərə öz töhfəsini verir. Partiyamızın gənclər təşkilatının siyasi proseslərdə iştirakı, ideyalarımızı yayması və vətəndaş mövqeyimizin ortaya qoyulması ölkəmizin demokratik inkişafı üçün çox qiymətlidir.
Newscenter.az xəbər verir ki, bunlsrı partiya sədri Mütəllim Rəhimli deyib. O bildirib ki, siyasi həyatda iştirak sadəcə hüquq deyil, həm də böyük məsuliyyətdir:
"Gənclər cəmiyyətin ən dinamik qüvvəsidir. Onlar yeniliklər gətirir, köhnə problemlərə yeni baxış təqdim edir və gələcəyi daha yaxşı qurmaq istəyirlər. Bu yolda nikbinlik, inam və birgə fəaliyyət ən böyük istinad yeri olmalıdır. Qarşıda duran bütün çətinliklərə baxmayaraq, Azərbaycan gəncliyi hər zaman zəfər çalacaq qüvvəyə malikdir. Bunu tariximiz, Qələbəmiz və gənclərin enerjisi sübut edir.
Əziz gənclər! Sizə möhkəm cansağlığı, yeni ideyalar, uğurlu layihələr və hədəflərinizə çatmaq üçün sonsuz motivasiya arzulayıram. Gəlin birgə daha ədalətli, daha güclü və daha parlaq Azərbaycan quraq!".
Süleyman