Azərbaycan gimnastı AGF Trophy nin qalibi olub

30.03.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində final günüdür.

İdman.biz xəbər verir ki, yeniyetmələrin yarışında Azadə Atakişiyeva gürzlərlə hərəkətin finalında qızıl medal qazanıb.

Ötən gün təsnifat yarışında da qalib gəlmiş azərbaycanlı idmançı bu dəfə 25.100 xal toplayaraq rəqiblərini qabaqlayıb.

Fidan Qurbanlı da eyni finalda çıxış edərək altıncı olub.

Qeyd edək ki, daha əvvəl topla hərəkətdə Şəms Ağagüseynova yeniyetmələrin yarışında bürünc, yeniyetmə qrup komandası isə beş halqa ilə hərəkətlərdə gümüş medal qazanıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью