Azərbaycan gimnastı Avropa çempionatının finalında

28.05.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nikita Simonov Almaniyanın Leypsiq şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında uğurla çıxış edərək finala yüksəlib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin gimnastı özünün əsas növü olan halqalarda çıxış edib.

O, hakimlərdən 14,033 xal alaraq təsnifat mərhələsində yeddinci yeri tutub və finala vəsiqə qazanıb.

Halqalarla yarışın finalı mayın 30-da keçiriləcək.

Qeyd edək ki, Simonov ötən il keçirilən qitə çempionatının gümüş medalçısı olub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью