Azərbaycan gimnastı Nikita Simonov gümüş medal qazandı

27.04.2025

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misirin paytaxtı Qahirədə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi yekunlaşıb.

Milli.Az-ın məlumatına görə, Azərbaycan gimnastı Nikita Simonov halqalarla yarışda 14,333 xal toplayaraq gümüş medal qazanıb.

Qeyd edək ki, Simonov daha əvvəl Dünya Kubokunun Bakı mərhələsinin qalibi olub, həmçinin Kottbus, Osiek və Antalyada isə ikinci yeri tutub.
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью