Azərbaycan gimnastları Almaniyada qızıl medal qazandılar FOTO

19.07.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Almaniyada keçirilən 32-ci ümumdünya yay universiadasında bədii gimnastika üzrə qrup hərəkətləri Azərbaycan komandası növbəti qızıl medalını qazanıb.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova və Güllü Ağalarzadə lentlə hərəkətlərdə 22.850 xalla Universiadanın qalibi olublar.

Qeyd edək ki, bu yarışlarda Azərbaycanın ikinci qızıl medalıdır. Komanda ilk medalı dünən qazanıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью