Azərbaycan gimnastları Daşkənd turnirində

22.04.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bədii gimnastika üzrə Azərbaycan yığması aprelin 25-27-də Daşkənddə keçiriləcək Dünya kubokunun növbəti mərhələsində iştirak edəcək.

İdman.biz xəbər verir ki, Özbəkistan paytaxtında ölkəmizi İlona Zeynalova və Zöhrə Cəfərova təmsil edəcəklər.

Ötən həftəsonu Bakıda keçirilən Dünya kuboku mərhələsində iki qızıl medal qazanan Olimpiya çempionu almaniyalı Darya Varfolomeev də Daşkənddə çıxış edəcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью