Azərbaycan gimnastları dünya çempionatına sərbəst hərəkətlərlə başlayacaqlar

05.08.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İdman gimnastikası üzrə dünya çempionatının püşkatma nəticələri açıqlanıb.

İdman.biz xəbər verir ki, yarış oktyabrın 19-25-də İndoneziyanın paytaxtı Cakartada keçiriləcək.

Mundialda Azərbaycan yığması da iştirak edəcək. İlkin heyətə altı idmançı daxil edilib. Adlar sonradan açıqlanacaq.

İdmançılarımız dünya çempionatına sərbəst hərəkətlər proqramı ilə başlayacaqlar. Onlar səkkizinci sub-divizionda çıxış edəcəklər.

Qeyd edək ki, Cakartadakı yarışa 80-dən çox ölkənin gimnastları qatılacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью