Azərbaycan gimnastları Serbiyada beynəlxalq turnirdə iştirak edəcəklər AZƏRTAC

03.12.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 3 dekabr, AZƏRTAC

Azərbaycanın idman gimnastları Serbiyanın Novi Sad şəhərində keçiriləcək “Memorial Laza Krstic and Marica Dzelatovic” beynəlxalq yarışında iştirak edəcəklər.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığmanın heyətində Nazənin Teymurova, Rəsul Əhmədzadə, Aytən Məmmədova, Dəniz Əliyeva, Xədicə Abbaszadə, Aydın Əlizadə, Albina Aliyeva, Leyla Məmmədzadə və Aynaz Məcidzadə bacarıqlarını nümayiş etdirəcəklər.

Turnir dekabrın 5-8-də təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью