Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
Azərbaycan gimnastları Çinin Nankin şəhərində keçirilən Dünya Yaş Qrupları Yarışlarında daha bir medal qazanıblar.
Apasport.az xəbər verir ki, batut gimnastikası üzrə 13-14 yaş kateqoriyasında sinxron proqramda çıxış edən Məhəmməd Həsənli və Ömər Qasımlı finalda 46,160 xal toplayaraq bürünc medala sahib olublar.
Eyni proqramda 17-21 yaş kateqoriyasında mübarizə aparan Mehdi Əliyev və Nicat Mirzəyev təsnifat mərhələsini 48,960 xalla dördüncü pillədə başa vuraraq finala vəsiqə qazanıblar.
Tamblinq üzrə fərdi proqramda 11-13 yaş kateqoriyasında çıxış edən Əsnad Niftiyeva isə 42,700 xalla səkkizinci olub və final mərhələsinə yüksəlib.
Qeyd edək ki, Azərbaycan gimnastları yarışda mübarizələrini davam etdirirlər.
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər Bakı 2027-ci ildə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsini qəbul edəcək Gimnastika üzrə ölkə birinciliklərinə start verilib Azərbaycan komandası finala vəsiqə qazanıb Gimnastlarımızdan beynəlxalq turnirdə 4 medal