Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər

26.11.2024

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalının gəliş zalında Dehli-Bakı aviareysi ilə gələn Hindistan vətəndaşına məxsus çamadana gömrük yoxlaması tətbiq edib.

"Report" Komitəyə istinadən xəbər verir ki, yoxlama zamanı diş məcunu qabının içərisində gömrük nəzarətindən gizlədilən 32,15 qram narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью