Azərbaycan gömrükçüləri mobil telefon və planşetlər aşkar edib

06.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində mobil telefon və planşetlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

"Cebheinfo.az" Komitəyə istinadən xəbər verir ki, Abu-Dabi-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükündən gömrük orqanlarına bəyan edilməyən müxtəlif markalı 8 ədəd planşet, 4 ədəd notbuk, 8 ədəd qulaqlıq, 4 ədəd “Apple Pencil Pro” markalı qələm, 4 ədəd “İphone 15 Pro 128 GB” markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью