Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan ilə İran arasında münasibətlərə, İranın yeni rəhbərliyinin bundan sonrakı siyasəti barədə danışıb.
Dövlətimizin başçısı vurğulayıb ki, bu barədə danışmaq bir qədər tezdir: “Çünki hazırkı İran rəhbərliyi ilə bizim elə ciddi təmaslarımız olmayıb.
Hökumət üzvləri arasında müəyyən təmaslar olub. Onlar daha çox iqtisadi və nəqliyyat məsələlərinə aid idi”.
Prezidentin İranın Ərdəbil üzrə imam-cüməsi Ayətullah Həsən Amilinin canlı yayımda səsləndirdiyi fikirlərə də sərt cavab verib: “Bu cür təhqiramiz və təxribat xarakterli hərəkətlərə göz yummaq olmaz.
O mollanı Ərdəbilə təyin edən adam bu hadisəyə, bu tərbiyəsizliyə necə münasibət bəsləyir? Onun fikri nədir?
Azərbaycan xalqından üzr istənməlidir. Ən azından, o molla işdən qovulmalıdır və Azərbaycan xalqından üzr istənməlidir”.
Göründüyü kimi, Azərbaycan tərəfi uzun illərdir İranla qonşuluq və dostluq münasibətləri qurmağa çalışsa da, rəsmi Tehran hələ də anti-Azərbaycan mövqeyindən çıxış edir.