Azərbaycan gübrəsi 15 dən çox ölkədə Video

21.07.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

İllik istehsal gücü 650-660 min ton olan SOCAR-ın Karbamid Zavodunda 2024-cü ilin göstəricisi 652 min tonu ötüb. Məhsulun 70%-dən çoxu Türkiyə, Gürcüstan, ABŞ, Braziliya, Argentina və Hindistan daxil olmaqla, 15-dən çox ölkəyə ixrac olunur. Daxili bazarın tələbatı isə tam ödənilir.

Axar.az xəbər verir ki, bu barədə zavoda təşkil edilən mediatur zamanı jurnalistlərə bildirilib.

Qeyd edək ki, zavod 2019-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə açılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью