Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Güləş Federasiyası (AGF) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyi (AHİTA) arasında memorandum imzalanıb.
AGF-dən AZƏRTAC-a verilən məlumata görə, memorandumda tərəflərin birgə layihələrin həyata keçirilməsi, yeni idman zallarının açılması, müxtəlif yarışların təşkili, AHİİTA-nın balansında olan idman mərkəzlərinin istifadəsi və başqa məsələlər qeyd olunub.
Bildirilib ki, AGF güləşin inkişafı üçün digər idman qurumlarıyla da sıx əməkdaşlığı davam etdirəcək.