Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Güləş Federasiyasından yeni layihə - Video Azərbaycan Güləş Federasiyası yeni layihəyə start verib.
QOL.az qurumun saytına istinadən xəbər verir ki, bundan sonra ölkədaxili yarışlardan sonra müxtəlif görüşlərdə qeydə alınmış mübahisəli epizodlara aydınlıq gətiriləcək.
Bu mənada ilk belə yarış 7-11 yanvarda Bakı İdman Sarayında keçirilmiş yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı olub.
Həmin yarışın baş hakimi Asif Şirəliyev bəzi görüşlərdə qeydə alınmış mübahisəli epizodlara aydınlıq gətirib.
Qeyd edək ki, bu layihənin icrasında məqsəd bu sahədə şəffaflığı təmin etmək, güləş qaydalarıyla bağlı maarifləndirməni artırmaqdan ibarətdir.
AGF bu istiqamətdə müxtəlif tədbirləri həyata keçirməyi planlaşdırır. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.