Azərbaycan güləşçiləri Dağıstanda 3 medal qazanıblar

17.11.2024

Icma.az, Cbcsport portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan güləşçiləri Dağıstanın Xasavyurt şəhərində keçirilən sərbəst güləş üzrə Şamil Umaxanovun xatirə turnirində 3 medal qazanıblar.

Milli üzvləri ənənəvi yarışda məşqçi Şərif Şərifovun rəhbərliyi altında çıxış ediblər.

Onlardan İslam Bazarqanov (57 kq) gümüş, Timur Gülmaqomedov (86 kq) və Aslan Abakarov (97 kq) isə bürünc medal qazanıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью