Azərbaycan güləşçiləri Dağıstanda 3 medal qazanıblar FOTO

16.11.2024

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan güləşçiləri Dağıstanın Xasavyurt şəhərində keçirilən sərbəst güləş üzrə Şamil Umaxanovun xatirə turnirində 3 medal qazanıblar.

Federasiyanın mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, milli üzvləri ənənəvi yarışda məşqçi Şərif Şərifovun rəhbərliyi altında çıxış ediblər.

Onlardan İslam Bazarqanov (57 kq) gümüş, Timur Gülmaqomedov (86 kq) və Aslan Abakarov (97 kq) isə bürünc medal qazanıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью