Azərbaycan güləşçiləri Dağıstanda 3 medal qazanıblar FOTOLAR

16.11.2024

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan güləşçiləri Dağıstanın Xasavyurt şəhərində keçirilən sərbəst güləş üzrə Şamil Umaxanovun xatirə turnirində 3 medal qazanıblar.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, milli üzvləri ənənəvi yarışda məşqçi Şərif Şərifovun rəhbərliyi altında çıxış ediblər.

Onlardan İslam Bazarqanov (57 kq) gümüş, Timur Gülmaqomedov (86 kq) və Aslan Abakarov (97 kq) isə bürünc medal qazanıblar.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью