Azərbaycan güləşçiləri Estoniyada zirvədə

26.10.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın yeniyetmə güləşçilərdən ibarət milli komandası Estoniyada keçirilən beynəlxalq turniri çempion kimi başa vurub.

Futbolpress.az xəbər verir ki, Rakvere şəhərində 27 ölkə idmançısının iştirakı ilə təşkil olunan Georq Lurix turnirində təmsilçilərimiz ümumilikdə 7 medal qazanıblar. Yığmamız aktivindəki medalların sayına və nümayiş etdirdiyi fəal mübarizəyə görə komanda hesabında birinci yerə layiq görülüb.

Komandamızın hazırlığında və bu böyük uğurunda məşqçilər Taleh Məmmədov, Rafiq Hüseynov və Turac Hüseynlinin xüsusi xidmətləri olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью