Azərbaycan güləşçiləri ilin ilk sınağına çıxır

17.01.2025

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Sərbəst güləş üzrə Azərbaycan milli komandası 2025-ci ildə ilk yarışına qatılır.

Teleqraf.com xəbər verir ki, millinin 8 üzvü yanvarın 23-də Bolqarıstanın Varna şəhərində start götürəcək Dan Kolov və Nikola Petrovun xatirə turnirinə qatılacaq.

Dörd gün davam edəcək ənənəvi yarışda Azərbaycanı məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında 8 pəhləvan - Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Murad Haqverdiyev (65 kq), Zirəddin Bayramov (70 kq), Fərid Cabbarov, Səbuhi Əmiraslanov (hər ikisi 79 kq), Sadiq Mustafazadə (92 kq), Yusif Dursunov (125 kq) təmsil edəcək.

Qeyd edək ki, memorialda I kateqoriyalı hakim Zaur Şərifov ədaləti qoruyacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью