Azərbaycan güləşçiləri Qazaxıstanda 2 qızıl medal qazanıblar

08.12.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın sərbəst güləşçiləri Qazaxıstanın Karaqanda şəhərində Sovet İttifaqı qəhrəmanı Nurken Abdirovun xatirəsinə həsr olunmuş turnirdə 2 qızıl medal qazanıblar.

“Report” xəbər verir ki, Nürəddin Novruzov (61 kq) və Abdulrəhman İbrahimov (65 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, yarışda ölkəmizlə yanaşı Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan 500-dən artıq idmançı mübarizə aparıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью