Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion oldu

12.10.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Bu barədə Ölkə.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Ənənəvi yarışda 16 yaşadək güləşçilər mübarizə aparıblar.

15 ölkədən 300-dən artıq yeniyetmənin çıxış etdiyi turnirdə ölkəmizi U-15 milli komandanın böyük məşqçisi Emin Əzizov və məşqçi Elşad Allahverdiyevin rəhbərliyi altında təmsil edən güləşçilərdən ikisi uğurlu çıxış edib.

Avropa çempionu Elvin Necəfzadə 85 kq-da bütün rəqiblərinə tam üstünlüklə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avropa mükafatçısı Cavanşir Süleymanov isə 44 kq-da eyni uğura imza atıb.

Qeyd edək ki, turnirdə III dərəcəli beynəlxalq hakim Nihad Muradov ədaləti qoruyub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью