Azərbaycan güləşçiləri Rusiyadan 5 medalla qayıdırlar

18.11.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycan güləşçiləri Rusiyanın müxtəlif şəhərlərində təşkil edilən yarışlarda iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Yakutskda keçirilən sərbəst güləş üzrə turnirdə Ali Tsokayev (86 kiloqram) bütün rəqiblərinə qalib gələrək çempion olub. Cəbrayıl Hacıyev (79 kiloqram) isə üçüncü yeri tutub.

Tarko-Sale şəhərində isə yunan-Roma güləşi üzrə yarış baş tutub. Turnirdə Fərid Sadıxlı (55 kiloqram), Nihad Quluzadə (60 kiloqram) və Məhəmməd Əhmədiyev (97 kiloqram) bürünc medal qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью