Azərbaycan güləşçiləri Yunanıstanda dünya çempionu oldular

26.09.2025

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən Ülviyyə Musayeva finalda yaponiyalı Reisa Kojimaya 4:0 hesabıyla qalib gələrək dünya çempionu olub. O, yarımfinalda polşalı Aqata Kuçarskayanı 3:2, 1/4 finalda isə britaniyalı Naosi Makmanusanı 3:0 hesabıyla məğlub etmişdi.
Digər uğurumuzu 80 kq çəki dərəcəsində Nihad Süleymanlı qazanıb. O, finalda gürcüstanlı Nuradin Mustafayevi 3:0 hesabıyla üstələyərək dünya çempionu tituluna yiyələnib. Süleymanlı yarımfinalda iranlı Abulfazl Saadatini 4:0, 1/4 finalda isə həmyerlisi Elvin Hacıquliyevi 3:0 hesabıyla məğlub edib.
Beləliklə, Azərbaycan güləşçiləri Yunanıstanda keçirilən U17 dünya çempionatında iki qızıl medal qazanıblar.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью