Azərbaycan güləşçilərindən 8 medal

11.11.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan güləşçilərindən 8 medal

Qazaxıstanın Kökşetau şəhərində əməkdar məşqçi Axmetjan Kazımbetovun xatirəsinə sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi turnir keçirilib.

QOL.az xəbər verir ki, memorialda U17 millinin böyük məşqçisi Hacı Əliyev və məşqçi Allahverdi Vəliyevin rəhbərliyi altında 8 güləşçimiz fəxri kürsüyə qalxıb.

Belə ki, Yusif Abdullayev (45 kq), Süleyman Şirinov (51 kq), İbrahim Həsənov (55 kq) və Elcan Həsənov (65 kq) qızıl, Hüseyn Rzazadə (55 kq), Elvin Necəfzadə (92 kq) gümüş, Tunar Həsənov (48 kq) və Nicat Mustafayev (110 kq) isə bürünc medal qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью