Azərbaycan güləşçisi Avropa çempionatının bürünc medalını QAZANDI

08.04.2025

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan güləşçisi İslam Bazarqanov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Redaktor.az xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə İvaylo Tisova (Bolqarıstan) qalib gəlib.

Bu, Azərbaycan millisinin yarışdakı ilk medalı olub.

Qeyd edək ki, bu gün bürünc medal uğrunda görüşlərdə Əli Rəhimzadə (65 kq) ukraynalı Andrey Sviridlə, Kənan Heybətov (70 kq) isə macarıstanlı İsmayıl Musukayevlə üz-üzə gələcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью