Azərbaycan güləşçisi Avropa çempionu oldu

11.06.2025

Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.

Azərbaycan güləşçisi Avropa çempionu oldu


Hazırda Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən 17 yaşadək güləşçilər (U-17) arasında Avropa çempionatında Azərbaycan güləşçisi Rihad İbrahimli qızıl medal qazanıb. Oxuməni.az xəbər verir ki, bu barədə “Wrestrus.ru” məlumat yayıb.
Rihad İbrahimli yunan-Roma güləşçisidir, 110 kq çəki dərəcəsində mübarizə aparır.
İbrahimli final görüşündə Bolqarıstan idmançısı Denis Lazarovu məğlub edib.
Qeyd edək ki, Azərbaycan millisinin daha iki təmsilçisi bürünc medal qazanıb. Belə ki, Qurban Məcnunov (48 kq) həlledici görüşdə Nikolos Zinisə (Yunanıstan), Nicat Eylaqəliyev (80 kq) isə İsveç təmsilçisi Yens Abrahamssonu məğlub edib.
Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью