Azərbaycan güləşçisi Avropa çempionu olub

09.04.2025

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Solomon Manaşvilini (Gürcüstan) məğlub edib.

Bu, Azərbaycan millisinin yarışdakı ilk qızıl medalı olub.

Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc, Osman Nurməhəmmədov (92 kq) isə gümüş medala sahib çıxıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью