Azərbaycan güləşçisi çempion olub İdman və Biz

29.11.2024

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Qazaxıstanın paytaxtı Astanada sərbəst güləş üzrə "Güləş ulduzları liqası" yarışı keçirilib.

İdman.biz xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Ağanəzər Novruzov (74 kq) təmsil edib.

O, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmyerlimiz əvvəlcə qazaxıstanlı Kanat Mussabekovu 3:1 hesabıyla məğlub edib. Novruzov daha sonra rusiyalı Anzor Zakuyevi üstələyib - 2:1. Ağanəzər finalda isə özbəkistanlı Mirzo Xaitova 4:1 hesabıyla qalib gəlib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью