Azərbaycan güləşçisi diskvalifikasiya edildi

20.06.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) güləşçi Aslan Abakarovu cəzalandırıb.

QOL.az xəbər verir ki, idmançı 36 aylıq diskvalifikasiya edilib

Bildirilib ki, buna idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu və idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi səbəb olub.

Fevralın 7-də tətbiq edilən sanksiyanın müddəti 2028-ci il fevralın 7-də başa çatacaq.

Qeyd edək ki, 21 yaşlı güləşçi 2024-cü ilin dekabrında keçirilmiş Azərbaycan çempionatında 97 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью