Azərbaycan güləşçisi medal uğrunda U 17 DÇ də bürünc şansı

31.07.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Azərbaycanın sərbəst güləşçisi Gülxanım Şirinova Bakıda keçirilən U-17 dünya çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

Apasport.az xəbər verir ki, 40 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsəlliverici görüşdə Monqolustan təmsilçisi Azzaya Battulqanı 10:0 hesabı ilə məğlub edib.

Şirinova bu gün axşam seansında bürünc medal uğrunda Türkiyə güləşçisi Şirin Askarla üz-üzə gələcək.

Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.

Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

U-17 DÇ: Daha bir güləşçimiz ilk görüşdə məğlub oldu U-17 DÇ: Nuray Cəfərli 1/4 finalda uduzdu U-17 DÇ: Simurə Abdullayeva ilk görüşündə məğlub olub U-17 DÇ: Fidan Babayeva ilk görüşdə məğlub oldu U-17 DÇ: Daha 5 güləşçisimiz xalçaya çıxacaq
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью