futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov mübarizəsini yekunlaşdırıb.
Futbolpress.az xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz bürünc medal uğrunda həlledici qarşılaşmada Qazaxıstan idmançısı Bağdat Sabazla üz-üzə gəlib. Gərgin keçən görüşdə rəqibinə 5:8 hesabı ilə uduzan Cəfərov mundialda 5-ci yeri tutaraq fəxri kürsüdən kənarda qalıb.
Xatırladaq ki, Astanadakı yarışda Azərbaycanın yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olaraq qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medalı ölkəmizə qazandırıblar.