Azərbaycan güləşçisi qızıl medal qazanıb | Icma.az
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan təmsilçisi Ağanəzər Novruzov Qazaxıstanın paytaxtı Astanada keçirilən sərbəst güləş üzrə "Güləş ulduzları liqası"nda qızıl medal qazanıb.
"Report" xəbər verir ki, idmançımız 74 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, həlledici mərhələdə özbəkistanlı Mirzo Xaitova 4:1 hesabıyla qalib gəlib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu