Azərbaycan güləşçisi Rusiyada fərqlənib

24.02.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 24 fevral, AZƏRTAC

Rusiyanın Xantı-Mansiysk şəhərində sərbəst güləş üzrə “Vladimir Semyonov kuboku” turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, 14 ölkənin təmsil olunduğu yarışda milli komandanın üzvü Ramiz Həsənov (79 kiloqram) da iştirak edib.

Həmyerlimiz turniri bürünc medalla başa vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью