Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Universitetlərimiz arasında əlaqələrin genişləndirilməsi, müxtəlif əməkdaşlıq formatlarının yaradılması və gənclər arasında təmasların artırılması mühüm əhəmiyyət daşıyır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, iki ölkənin gəncləri arasında əməkdaşlıq artıq müsbət nəticələr verir. O, bu əlaqələrin daha da gücləndirilməsinin və gənclərin potensialının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Zeynəb Rzayeva