Azərbaycan Gürcüstan sərhədində qəzaya uğrayan Türkiyə təyyarəsi ilə bağlı araşdırma başa çatıb

24.11.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Azərbaycan-Gürcüstan sərhədində qəzaya düşən Türkiyəyə məxsus "C-130" tipli hərbi yük təyyarəsinin qalıqları üzərində aparılan araşdırmalar yekunlaşıb.

BAKU.WS-in İHA-ya istinadən məlumatına görə, hadisə yerində çalışan xüsusi qrup öz missiyasını tamamlayaraq Türkiyəyə geri dönüb.

Bildirilib ki, araşdırmalar zamanı qəza ilə bağlı bir sıra mühüm detallar müəyyən edilib.

Noyabrın 11-də baş verən aviasiya qəzasına dair ətraflı təhlil üçün zəruri olan təyyarə hissələrinin Kayseridə yerləşən 2-ci Hava Texniki Xidmət Zavoduna daşınması prosesi isə davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью