Azərbaycan Gürcüstan Türkiyə biznes forumu keçiriləcək

16.02.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

Fevralın 26-da Gürcüstanın Kaxeti bölgəsinin Tsinandali kəndində VII Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçiriləcək.

APA-nın yerli bürosu xəbər verir ki, tədbiri Gürcüstanın Ticarət və Sənaye Palatası, Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsi (DEİK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) birgə təşkil edəcək.

Forumda Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Ömər Bolatın iştirakı planlaşdırılıb.

Tədbir çərçivəsində hər üç ölkənin şirkətləri arasında B2B formatında görüşlər də təşkil olunacaq.

Qeyd edək ki, VI Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu 2021-ci ildə Bakıda baş tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью