Azərbaycan Gürcüstana qeyri neft məhsullarının ixracını 35% dək artırıb

25.04.2025

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın Gürcüstana qeyri-neft məhsullarının ixracı illik müqayisədə 20 milyon 784 min dollar və ya 34,7% artıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-mart aylarında Gürcüstana qeyri-neft ixracının dəyəri 80 milyon 640 min dollar təşkil edib. 

2024-cü ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 59 milyon 856 min dollar olub. 

Qeyd edək ki, birinci rübdə Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiya (232 milyon 852 min dollar) olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью