Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19.10.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 8,16 milyon ABŞ dolları dəyərində 2 min 946 ton qoyun və keçi ixrac edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 39 % azdır.

Beləliklə Azərbaycan Gürcüstanın qoyun və keçi ixrac etdiyi ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

9 ayda Gürcüstan xarici ölkələrə 26,3 milyon ABŞ dolları dəyərində 7 min 98 ton qoyun və keçi satıb ki, bu da bir il əvvəlki göstəricidən müvafiq olaraq 30 % və 7,2 % çoxdur.

Hesabat dövründə Gürcüstan Səudiyyə Ərəbistanına 8,41 milyon ABŞ dolları dəyərində 1 min 782 ton, İraqa 4,32 milyon ABŞ dolları dəyərində 1 104 ton, Qətərə 2,22 milyon ABŞ dolları dəyərində 482 ton, Küveytə 2 milyon ABŞ dolları dəyərində 538 ton tədarük həyata keçirib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstandan xaricə 8 min 458 ton qoyun və keçi göndərilib ki, bunun da 5 min 776 tonu Azərbaycanın payına düşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью