Azərbaycan Gürcüstanın strateji dostudur Səfir

16.01.2025

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan Gürcüstanın strateji dostudur. Ölkələrimiz arasında münasibətlər dinamik inkişaf edir”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.

Onun sözlərinə görə, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin ilk rəsmi səfərini ilin əvvəlində Azərbaycana etməsi vacibdir.

“Səfər çərçivəsində bir sıra görüşlər planlaşdırılıb. Görüşlərdə ikitərəfli münasibətlərin bütün spektri müzakirə olunacaq”, - səfir söyləyib.

Z.Pataradze bildirib ki, XİN başçısının səfəri Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə və yeni səviyyəyə yüksəldilməsinə təkan verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью