Azərbaycan Gürcüstanla şəhərsalmaya dair layihələrin icrasını müzakirə etdi

09.11.2024

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan və Gürcüstan arasında şəhərsalma sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.

Sfera.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, müzakirələr Ümumdünya Şəhərsalma Forumu (WUF12) çərçivəsində qurumda baş tutub.

Görüş zamanı şəhərsalma sahəsində ölkələrimizin əldə etdiyi nailiyyətlərdən danışılıb. Qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin artırılması perspektivləri müzakirə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью