Azərbaycan hakimləri Belçika millisinin oyununda

30.11.2024

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın futzal hakimləri beynəlxalq təyinat alıblar. Sport24.az xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.

AVRO-2026-nın əsas mərhələsi çərçivəsində Çexiya – Belçika oyunu FİFA referilərimizə tapşırılıb. Plzen şəhərində baş tutacaq matçı Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov idarə edəcək.

Qeyd edək ki, dekabrın 13-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью