Azərbaycan hazırkı inkişaf mərhələsi ilə dünyada öz mövqeyini möhkəmləndirmişdir | Icma.az
Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə uğurla həyata keçirdiyi siyasi kursda ən əsas məsələ torpaqlarımızın erməni işğalından azad olunması, ərazilərimizin və suverenliyimizin tam bərpası idi.
Ötən illər ərzində ölkə başçısı iştirak etdiyi bütün beynəlxalq tədbirlərin kürsülərindən və aparıcı beynəlxalq və yerli televiziya kanallarına müsahibələrində qətiyyətlə bütün dünyaya bəyan edirdi ki, Azərbaycan xalqı və dövləti heç zaman öz doğma torpaqlarının işğalı ilə barışmayacaq, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.
Cari ilin yanvar ayının 7-də ölkə Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə də gündəmi maraqlandıran bir çox məqamlara aydınlıq gətirmiş oldu.
Bu müsahibə, Azərbaycanın hazırkı inkişaf mərhələsi, xarici siyasət prioritetləri, daxili islahatlar və cəmiyyətin gələcək perspektivləri ilə bağlı prezidentin mövqeyini açıqladığı mühüm bir platforma oldu.
Dövlət başçısı müsahibəsində Azərbaycanın bu və ya digər sahələrdə qazandığı uğurlardan geniş bəhs edərək diqqəti Qazaxın 4 kəndinin azad edilməsinə, eyni zamanda, hazırkı dövrün əsas çağırışlarından olan sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına yönəltdi.
Vurğuladı ki, Ermənistanın işğalçı siyasəti hər hansı dialoqu nəzərdə tutmurdu, onlar danışıqlar formatından işğalı davam etdirmək üçün pərdə kimi istifadə edirdilər.
Bu, dialoq deyil, monoloq nəticəsində baş verdi. Belə ki, Ermənistanla onilliklər ərzində dialoqun alınmaması aydındır.
Tam oxu
Xəbəri oxu